İsrail Livanın cənubuna dəqiq zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti dəfə dəqiq zərbə endirib.

"Report"un xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, zərbə Əl-Xiyam şəhərinin ətrafına endirilib. Hücumun hədəfi "Hizbullah"ın hərbi qanadının üzvlərindən biri olub. Zərbə nəticəsində o məhv edilib.

Hərbçilər məhv edilən radikalın adını açıqlamayıblar, lakin qeyd ediblər ki, o, təşkilatın dəstələrinin tank əleyhinə bölməsinin sıralarında fəaliyyət göstərib.

Digər xəbərlər

Tramp İrana təşəkkür edib 16 yanvar, 2026 / 22:13
Çexiya Prezidenti Kiyevdədir 16 yanvar, 2026 / 13:07