“Biz vətəndaşlarımızın təhlükəsizliyi naminə lazım olduğu müddətcə HƏMAS-la mübarizəni davam etdirəcəyik”.
“Report” xəbər verir ki, bu barədə İsrailin Hərbi Hava Qüvvələrindən bildirilib.
Qeyd olunub ki, İsrail ordusu son saatlarda Qəzza zolağında Beyt Hanun, Sacaiya, Əl-Furqan kimi şəhərlərə zərbələr endirib.
Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netenyahu daha əvvəl ordunun quru əməliyyatlarına başyacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.