İsrail Beyrutda "Hizbullah" liderinin katibini öldürüb

İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə Beyruta endirilən zərbə nəticəsində "Hizbullah"ın rəhbəri Naim Kasemin katibini öldürüb.

"Report" xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, öldürülən Əli Yusuf Harşi "Hizbullah" liderinin qardaşı oğlu idi və onun yaxın silahdaşı və müşaviri hesab olunurdu. Bundan başqa, o, təhlükəsizlik məsələlərinə görə cavabdeh idi.

"İsrail Müdafiə Qüvvələri gecə "Hizbullah" yaraqlılarının Livanın cənubuna silah, raket və buraxılış qurğularının daşınması üçün istifadə etdikləri iki əsas keçid məntəqəsinə zərbələr endirib", - bəyanatda deyilir.

Məlumata görə, "Hizbullah"ın Livanın cənubunda istifadə etdiyi 10-a yaxın obyekt, o cümlədən silah anbarları, raket atıcı qurğular və qərargahlar hədəfə alınıb.

Digər xəbərlər

Aktyor Mario Adorf vəfat edib 09 aprel, 2026 / 15:07