İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi ölkəsinin Livanda müharibəyə cəlbolunma ehtimalının yüksək olduğunu bildirib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, belə bir ehtimalın indi əvvəlki aylara nisbətən daha çox olduğunu söyləyib.
“İsrail lazım gələrsə, Qəzzadakı döyüşlərdən öyrəndiyi dərsləri tətbiq edəcək”, - H.Halevi deyib.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb. İsrail indiyə qədər bir neçə dəfə Livan ərazisindəki Hizbullah qruplaşmasını hədəflərinə zərbələr endirib.