İspaniyada Ukrayna konsulluğuna ünvanlanmış yeni şübhəli zərf ələ keçirilib

İspaniyanın Barselona şəhərində Ukrayna konsulluğuna ünvanlanmış yeni şübhəli zərf ələ keçirilib.

Bu barədə “Report” “InSpain.news” nəşrinə istinadən xəbər verir.

Şübhəli zərf haqqında məlumat İspaniyanın “Correos” poçt xidmətindən daxil olub. Zərf yoxlanıldıqdan sonra onun içərisində partlayıcı əşyaların olmadığı məlum olub.

Polis faktla bağlı araşdırmaya başlayıb, lakin zərfin içindəkilər barədə ətraflı məlumat verməyib. Digər mənbələr orada heyvan qalıqlarının tapıldığını ehtimal edir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10