İspaniyanın Asturiya muxtar icmasının Mieres şəhərində məişət qazının partlaması evin uçmasına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti (SEPA) məlumat yayıb.
"Hadisə yerinə gələn həkimlər 3-ü ağır yaralı olmaqla 17 nəfərə (6 qadın və 11 kişi) tibbi yardım göstərib. On xəstəyə Alvarez Buila xəstəxanasında tibbi yardım göstərilib", - press-relizdə deyilir.
Xilasedicilərin sözlərinə görə, partlayış qonşu tikilidə də yanğına səbəb olub və uçmuş evin dağıntıları ətrafa səpələnib.