İspaniyada avtobus çaya aşıb, 2 nəfər ölüb

İspaniyada avtobusun çaya aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın EFE informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Serdedo-Kotobadedə avtobusun Leres çayına aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər itkin düşüb və daha 2 nəfər xilas edilib.

İnformasiya agentliyi məlumatına əsasən, hadisə yerində xilasetmə işləri davam etdirilir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12