İrlandiyada partlayış olub, ölənlər var

İrlandiyanın Doneqal qraflığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 3 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

Bir neçə nəfərin dağıntılar altında qala biləcəyindən axtarış-xilasetmə işləri davam edir. Partlayışın səbəbi hələlik açıqlanmır.

Telekanalın məlumatına görə, hadisənin baş verdiyi ərazidə mağazalar, poçt şöbəsi və bərbərxana da var.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10