Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, “Pençe-Kaplan” əməliyyat zonasında iki PKK terrorçusu zərərsizləşdirilib.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı əsgərləri Avaşin bölgəsində PKK terror təşkilatının 4 üzvünü tərksilah ediblər.

Onlarla birlikdə çoxlu sayda silah və sursat arsenalı aşkar edilib, snayper tüfəngləri, pulemyotlar, qumbaraatanlar, əl qumbaraatanları, rabitə vasitələri ələ keçirilib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09