İraqın şimalında amerikalı hərbçi həlak olub

Bakı. 19 mart. REPORT.AZ/ İraqın şimalında yerləşən Mahmur bazası yaxınlığına raket düşməsi nəticəsində bir amerikalı hərbçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə Amerika hökumətinə istinadən CNN məlumat yayıb.

Həmçinin xəbər verilir ki, zərbə zamanı bir neçə amerikalı hərbçi yaralanıb. ABŞ hərbçiləri orada məsləhət və yardımçı fəaliyyəti ilə məşğul olublar.

Digər xəbərlər

Aktyor Mario Adorf vəfat edib 09 aprel, 2026 / 15:07