İraqda "RT"nin müxbiri saxlanılıb, ofisi möhürlənib

İraq təhlükəsizlik qüvvələri “Russia Today” Rusiya beynəlxalq çoxdilli informasiya telekanalının ərəb dilli “RT Arabic” redaksiyasının müxbiri Əşrəf Məhəmməd əl-Azzurini saxlayıblar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “RT Arabic”in rəhbəri Mayya Manna bildirib.

Onun sözlərinə görə, müxbirin saxlanıldığı yer məlum deyil:

“Təhlükəsizlik qüvvələri “RT Arabic”in İraqdakı ofisi və avadanlığını möhürləyiblər”.

Qeyd edək ki, baş redaktoru Marqarita Simonyan olan “RT” Rusiya hökuməti tərəfindən maliyyələşir.

Digər xəbərlər