İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaralanıb

İraqın şərqində yerləşən Diyala əyalətində törədilən iki partlayış nəticəsində azı 3 qadın ölüb, 3 polis əməkdaşı yaralanıb.

“Report” İNA-ya istinadən xəbər verir ki, məlumatı İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti yayıb.

Bildirilib ki, birinci partlayış motoskletdə baş verib. Motoskletə minmiş 3 qadın partlayışın qurbanı olub. İkinci partlayış polis əməkdaşları hadisə yerinə gələrkən baş verib. Əldəqayırma partlayıcı qurğu hadisə yerində partladılıb. Nəticədə 3 polis əməkdaşı yaralanıb.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20
Çində 11 nəfər edam edilib 29 yanvar, 2026 / 10:04