İraqın Nümayəndələr Şurasına (parlament) növbədənkənar seçkilərin keçirilməsi ölkədə formalaşmış siyasi böhrandan çıxış yolu olacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraq Prezidenti Bərham Saleh milli televiziya ilə çıxışında deyib.
"Növbədənkənar parlament seçkilərinin milli maraqlara uyğun keçirilməsi ölkədəki böhrandan çıxış yoludur", - Prezident bildirib.
Onun sözlərinə görə, hazırda İraqda baş verənlər hökumət sistemi və onun vəziyyəti dəyişdirə bilməməsi ilə bağlı dərin siyasi böhrandır.