İranda neft obyektlərinin fotosunu çəkən Almaniya vətəndaşı saxlanılıb

İranın cənub-qərbindəki Xuzistan əyalətində neft obyektlərinin fotosunu çəkən Almaniya vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, o, Omidiye şəhərində neft obyektlərinin fotolarını çəkməyə cəhd edib.

Hələ ki təfərrüatlar açıqlanmayıb.

Digər xəbərlər