İran ABŞ-nin ölkə ərazisinə hücumunu pisləyərək bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bəyan edib.
"Report"un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Nazirlikdən qeyd olunub ki, Birləşmiş Ştatların son saatlarda həyata keçirdiyi hücumlar nəinki açıq-aşkar pozuntudur, həm də atəşkəsi praktiki olaraq mənasız edir.
"Bu cinayət əməlinin son dərəcə ciddi nəticələrinə görə məsuliyyət Birləşmiş Ştatların rəhbərliyinin üzərinə düşür", - XİN-dən bildiriblər.