İran Avstriyanın vitse-prezident Eslami üçün viza verməməsinə etiraz edib

İran Xarici İşlər Nazirliyi (XİN) Avstriyanın Tehrandakı diplomatik missiyasının rəhbərini çağıraraq Vyananın İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə viza verməkdən imtina etməsinə görə qəti etirazını bildirib.

"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

Məhəmməd Eslami Vyanada keçiriləcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının 70-ci sessiyasında iştirak etməli idi.

"Onlar bütün beynəlxalq qanunlara əsasən İran nümayəndə heyətinə viza verməli idilər. Biz dərhal tədbir gördük, etirazımızı bildirmək üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırdıq", - o, həftəlik mətbuat konfransı zamanı bildirib.

Bəqainin sözlərinə görə, Vyananın Vaşinqtonun təzyiqi altında viza verməkdən imtina etməsi faktı Avstriyanı bu hərəkətinə görə məsuliyyətdən azad etmir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43