İran ABŞ-yə xəbərdarlıq edib: "Cavabımız ağlagəlməz olacaq"

İran ABŞ-yə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirsə, cavab təsəvvüredilməz olacaq: “Bu halda ABŞ-yə ağlagəlməz cavab veriləcək”.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden İrana hədə-qorxu gəlmişdi. ABŞ lideri bildirmişdi ki, İran və ya onun müttəfiqləri Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə hücum edərsə, ABŞ sərt cavab verəcək.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12