İordaniya Kralı iqlim problemlərinin həllinə çağırıb

İordaniya Kralı II Abdullah iqlim problemlərinin hərtərəfli həllinə çağırıb.

“Report” xəbər verir ki, o, bu barədə Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində çıxışı zamanı deyib.

Kral bildirib ki, İordaniya su ehtiyatlarını təhdid edən iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənir.

O vurğulayıb ki, milli strategiya 2030-cu ilədək elektrik enerjisinin 31 faizinin bərpa olunan mənbələrdən istehsalını nəzərdə tutur.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08