İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

İndoneziyanın şimalında baş verən torpaq sürüşmələri nəticəsində azı 15 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə İndoneziyanın “Detik” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, daha 80-ə yaxın insan itkin düşüb.

Ölkənin şimal hissəsindəki Riau adalarında güclü leysan yağışları nəticəsində silsilə sürüşmə baş verib. Hazırda əlverişsiz hava şəraiti ilə çətinləşən axtarış-xilasetmə işləri davam etdirilir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12