İndoneziyada torpaq sürüşməsi: 20 nəfər itkin düşüb, 14 nəfər yaralanıb

İndoneziyanın Yava adasında torpaq sürüşməsi nəticəsində 20 nəfər itkin düşüb, 14 nəfər ağır yaralanıb.

“Report” ANTARA-ya istinadən xəbər verir ki, məlumatı ölkənin Təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Agentliyi yayıb.

Hadisə yanvarın 15-də gecə saatlarında Şərqi Yava əyalətinin Nqetos kəndində baş verib. Təbii fəlakət nəticəsində 8 ev dağılıb.

Sürüşmənin davamlı leysan yağışlar nəticəsində baş verdiyi bildirilib. Adadakı bir neçə kəndi su basıb.

Hadisə yerinə polis, ordu və könüllülər cəlb edilib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12