İndoneziyada sel zamanı 11 nəfər itkin düşüb

İndoneziyada aramsız yağışların səbəb olduğu sel zamanı azı 11 nəfər itkin düşüb.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, ölkənin Şərqi Yava əyalətinin Kota Batu şəhərinin 5 kəndi su altında qalıb. Rəsmilər 15 nəfərin su altında qaldığını, onlardan 4-nün xilas edildiyini açıqlayıblar. Ancaq digər 11 nəfərin sonrakı taleyi barədə məlumat yoxdur.

Məlumata görə, təbii fəlakət çoxsaylı fəsadlara yol açıb - ərazidə yollar palçığa bürünüb, elektrik enerjisinin vrilməsində fasilələr yaranıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09