İndoneziyada qəza nəticəsində 13 nəfər ölüb

İndoneziyanın Yava adasında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 13 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, içində 25 sərnişinin olduğu avtobus yol nişanına çırpılaraq aşıb.

İlkin məlumatlara görə, hadisəyə sürücünün diqqətsizliyi səbəb olub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12