İndoneziyada 6 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Ternate adasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Şimali Maluku əyalətində yerləşən Ternate şəhərindən 145 km qərbdə yerləşib.

Zəlzələ ocağı 60 km dərinlikdə olub.

İnsan tələfatı və sunami təhlükəsi barədə məlumat verilməyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12