İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri təxminən 282 min insanın yaşadığı Palu şəhərindən 46 km cənub-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Digər xəbərlər