İndoneziya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 101 min insanın yaşadığı Ternate şəhərindən 169 kilometr şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti

Kəlbəcərdə zəlzələ olub 8 aprel, 2025 / 01:32