İndoneziya sahillərində 5,9 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km cənub-qərbdə, ocağı 46 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.
Sunami təhlükəsi elan edilməyib.