“Qərbi Avropa müsəlman dünyası ilə münasibətlər qurmağı öyrənməlidir”.
"Report" xəbər verir ki, bunu Niderlandın “Maatschappelijke Veerkracht” İnstitutunun nümayəndəsi İbrahim Erden Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Avropa ölkələrində müsəlmanlar bir sıra problemlərlə üzləşirlər.
"Hazırkı qloballaşan dünyada müxtəlif dinlərin nümayəndələri birlikdə yaşamalı olur. Amma gördüyümüz kimi, buna nail olmaq o qədər də asan deyil", - Erden bildirib.
"Bizə qarşı hücumlardan özümüzü necə qoruya bilərik? Bunun üçün özümüzü düzgün təqdim etməyi öyrənməliyik ki, bizi düzgün başa düşsünlər. Avropa isə müsəlmanlara münasibətini tarazlamalıdır", - o vurğulayıb.