IAEA-nın baş direktoru bu gün İran prezidenti ilə görüşəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) baş direktoru Yukiya Amano İran prezidenti Həsən Ruhani ilə görüşəcək.

"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, görüş bu gün Tehranda baş tutacaq.

Tərəflər İranın nüvə proqramına dair öhdəliklərə nəzarət mexanizmini müzakirə edəcəklər.

Xatırladaq ki, Y.Amano ötən gün bəyan edib ki, İran 2015-ci ilin iyul ayında əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirib. O deyib: “Bu gün mən Birgə Kompleks Fəaliyyət Planının icrasına başlamaq üçün İranın tələb olunan lazımi hazırlıq mərhələlərini artıq başa çatdırdığını təsdiqləyən hesabatı ictimaiyyətə açıqladım”. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12