İtaliyada son bir gün ərzində daha 243 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 201-ə çatıb.
Məlumata görə, İtaliyada daha 1 327 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 217 185-ə yüksəlib.
Bundan başqa, ölkədə indiyədək 99 023 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.