İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

Bakı. 28 may. REPORT.AZ/ İtaliyanın Taormine şəhərində G7 sammitinin keçirilməsinə qarşı çıxış edən etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub.

"Report" xəbər verir ki, marş sahilyanı Cardini-Naksos kurort şəhərciyində keçirilib.

Qarşıdurma etirazçılar polis kordonunu yarmağa cəhd göstərdiyi zaman baş verib. Asayiş keşikçiləri etirazçılara qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq edib.

Digər xəbərlər