İsveçrədə qatar relsdən çıxıb

Bakı. 18 fevral. REPORT.AZ/ İsveçrənin Bazel şəhərinin dəmir yolu stansiyasının yaxınlığında Berlindən İnterlaken kurort şəhərinə hərəkət edən yüksək sürətli ICE (Intercity-Express) qatarı relsdən çıxıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İsveçrə dəmir yollarının saytında məlumat verilib.

Qeyd olunur ki, hadisə zamanı qatarda 240 nəfər olub.

Qəzadan sonra bütün sərnişinlər təxliyyə edilib, heç kim ağır xəsarət almayıb.

Qatarın relsdən çıxmasının səbəbləri barədə məlumat verilmir.

Xəbər lenti

Azərbaycanda zəlzələ olub 21 aprel, 2025 / 08:57
Bakıda kitabxana yanıb 21 aprel, 2025 / 08:39