İsveçrədə koronavirusa yoluxanların sayı daha da artıb

İsveçrədə koronavirusa laboratoriya vasitəsilə təsdiqlənmiş yoluxma halları 181-ə çatıb.

“Report” ölkənin Federal İctimai Səhiyyə Ofisinin saytına istinadən xəbər verir ki, ölkədəki 26 kantonun 20-də, habelə qonşu Lixtenşteyndə yoluxanların ümumi sayı 210 nəfərdir.

Həmin şəxslərin hamısı karantindədir.

Həmçinin qonşu Avstriyada da təsdiqlənmiş yoluxma halları 55-ə çatıb. Bu barədə Səhiyyə Nazirliyi bildirib.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05