İsveçdə tank qatarla toqquşub, xəsarət alanlar var

Bakı. 26 sentyabr. REPORT.AZ/ İsveç paytaxtından cənub-qərbdə yerləşən Trusa şəhərində "Avrora - 2017" təlimləri zamanı istifadə edilən tank sərnişin qatarı ilə toqquşub.

"Report"un ТТ agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 4 şəxs - tankın 3 nəfər ekipaj üzvü və qatarın maşinisti xəsarət alıb.

Qeyd edək ki, "Avrora - 2017" təlimləri hazırda İsveçin Syodermanland vilayətində keçirilir. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43