Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda "Vodafone Arena" yaxınlığında baş vermiş terror aktı ilə əlqədar ölkədə 1 günlük matəm elan edilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, baş nazir Bineli Yıldırım tərəfindən nazirliklərə göndərilən sənədlərdə ölkə ərazisində bütün bayraqların 1 günlük endirilməsi barədə təlimat verilib.
Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışlarda 29 nəfər ölüb, 166 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.