İsraildə son sutkada 101 yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, eyni dövr ərzində 1 nəfər ölüb. Bununla da yoluxanların sayı 20 734 nəfərə, qurbanların sayı isə 306-ya yüksəlib.
Koronavirusdan 15 585 pasiyent sağalıb, 4 743 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.