İsraildə COVID-19-a yoluxanların sayı 14 mini ötdü

İsrailə son sutkada koronavirusa daha 443 yoluxma faktı qeydə alınıb.

“Report” “newsru”-ya istinadən xəbər verir ki, məlumatı aprelin 22-də İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada koronavirusdan daha 10 nəfər ölüb. Bununla da ölkədə yoluxanların sayı 14 326-ya, ölənlərin sayı isə 187-yə çatıb. Ölənlər 29-100 yaş arasındadır.

Məlumata görə, əvvəlki həftələrlə müqayisədə son günlər daha çox yoluxma aşkarlanıb.

Qeyd edək ki, Qüdsdə yerləşən Əl-Aksa məscidi Ramazan ayında (aprelin 23-dən mayın 23-dək) bağlı olacaq. 

Digər xəbərlər