İsrail İordan çayının Qərb sahilində 2 mindən çox ev tikəcək

Bakı. 27 dekabr. REPORT.AZ/ İsrailin Müdafiə Nazirliyi komissiyası İordan çayının Qərb sahilində 2200-ə yaxın yaşayış evinin tikintisi barədə planı təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü yəhudi dövlətinin məskənsalma fəaliyyətinə qarşı çıxan "Dünya indi" qeyri-hökumət təşkilatının bəyanatına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, 1152 ədəd evin inşası yekun təsdiqini tapıb, daha 1032 ədəd ev isə razılaşdırılmanın birinci mərhələsindədir.

Digər xəbərlər