Bakı. 27 fevral. REPORT.AZ/ İsrail ordusu Qəzza zolağının şərq sərhədində dinc sakinlərin etiraz aksiyasını dağıdan zaman 4 fələstinli xəsarət alıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kudra deyib.
Onun sözlərinə görə, xəsarət alanlarda güllə yarası aşkar edilməyib.
Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.