İspaniyanın Baş nazirinə sui-qəsd cəhdi olub - ƏLAVƏ OLUNUB

Bakı. 8 noyabr. REPORT.AZ/ İspaniyanın Baş naziri Pedro Sançesə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə İspaniya polisindən bildiriblər.

Polisin məlumatına görə, İspaniyanın Kataloniya Muxtar Əyalətinin mərkəzi Barselona şəhərinin sakini olan 63 yaşlı kişi bu ilin sentyabrında tutulub. Sui-qəsd törətməyi planlaşdıran həmin şəxsin ağır silaha da sahib olduğu vurğulanıb.

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20