Bakı. 29 noyabr. REPORT.AZ/ İspaniyanın Əndəlusiya bölgəsində Malaqadan Sevilyaya gedən sərnişin qatarı relsdən çıxıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 21 nəfər xəsarət alıb.
Məlumata görə, qatar Araal bələdiyyəsinin yaxınlığında qəzaya uğrayıb. Yaralılara ilk yardım yerli fermerlər tərəfindən göstərilib. Daha sonra xilasedicilər və tibb işçiləri hadisə yerinə gəlib.
Xilasetmə əməliyyatında yaralıların evakuasiyası üçün helikopterdən istifadə olunur.