Bakı. 3 sentyabr. REPORT.AZ/ İspaniyada sərnişin avtobusu qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə İspaniya Mülki Qvardiyası və Milli Polisindən bildiriblər.
Belə ki, Aviles şəhərində Kudilyero-Aviles-Xixon marşrutu ilə hərəkətdə olan avtobus piyada üst keçidinin beton dayağına çırpılıb. Nəticədə 5 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Onlardan bəziləri xəstəxanaya helikopterlə daşınıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.