İspaniyada meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib - VİDEO

Bakı. 9 sentyabr. REPORT.AZ/ İspaniyanın Uelva əyalətində geniş meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü EFE xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, yanğın cümə günü Əndəlusiya muxtar birliyinin Uelva əyalətində yerləşən La-Qranda-de-Rio-Tinto yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Ərazidən 500-dən çox sakin təxliyyə edilib. Yanğın ilə 350 yanğınsöndürən mübarizə aparır, hadisə yerinə xüsusi hava texnikası cəlb olunub.

Zərərçəkənlər barədə məlumat yoxdur. Meşənin yandırıldığı ehtimal olunur.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12