İspaniyada iki qatar toqquşub, ölən və yaralananlar var

Bakı. 8 fevral. REPORT.AZ/ İspaniyanın Kataloniya muxtar vilayətində iki şəhərətrafı qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 8-i yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidmətinə istinadən "EuropaPress" məlumat yayıb.

Bildirilir ki, qəza San-Visente-de-Kastelyet və Monresoy (Barselonanın əyalətləri) arasındakı məntəqədə baş verib.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Digər xəbərlər