İspaniyada havaların isti keçməsi nəticəsində 5 nəfər ölüb

Bakı. 6 avqust. REPORT.AZ/ İspaniyada havaların isti keçməsi nəticəsində 5 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, avqustun 6-da iki nəfər Kataloniya muxtariyyətinin Tarraqon Şəhər Xəstəxanasında vəfat edib.

Onların hər ikisi evsiz kişidir.

Ötən həftə isə Barselonada bir evsiz kişi, Mursidə isə 2 kişi ölmüşdü.

Ötən həftə İspaniyanın İberiya yarımadasında isti hava müşahidə edilib. Havanın temperaturu 40 dərəcə Selsini aşıb. İsti hava şəraiti yanğınlara səbəb olub. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09