İspaniya Kataloniyanın muxtariyyətini ləğv edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniya hökuməti Kataloniya əyalətinin muxtariyyətini ləğv edib.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.

Bu maddəyə əsasən, İspaniya hökuməti Kataloniyada birbaşa idarəetməyə keçib. 

Baş nazir Mariano Raxoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək. 

Digər xəbərlər

Pakistanda 43 yaraqlı məhv edilib 13 noyabr, 2026 / 11:37