İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edə bilər

Bakı. 2 oktyabr. REPORT.AZ/ İspaniya hökuməti Kataloniyanın müstəqilliyini elan edəcəyi təqdirdə muxtariyyətini ləğv edəcəyini bildirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın ədliyyə naziri Rafael Katal bildirib.

Onun sözlərinə görə, Kataloniya müstəqilliyini elan edərsə, əyalətin muxtariyyətinin ləğv edilməsi ilə bağlı İspaniya Konstitusiyasının 155-ci maddəsi tətbiq ediləcək: "Bu maddə muxtariyyətin ləğv edilməsinə icazə verir”. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10