İŞİD lideri Mosuldan Rakkaya qaçıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkir əl-Bağdadi əməliyyatdan iki gün sonra Mosuldan Suriyanın Rakka şəhərinə qaçıb.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bu məlumatı İraqın kəşfiyyat qurumu yayıb.

Məlumata görə, o, oktyabrın 19-da Mosulda görünüb.

Xəbərdə bildirilib ki, İraq ordusu Mosul şəhərinin 8 kilometrliyinədək irəliləyib. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10