​Koalisiya qüvvələri İŞİD-in mövqelərinə 30 havadan zərbə endirib

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ və beynəlxalq koalisiya üzrə müttəfiqləri dekabrın 31-də Suriya və İraqda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə 29 havadan zərbə endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, koalisiya qüvvələri Suriyanın Rəqqa, Deyr əz-Zor və Kobani şəhərləri yaxınlığına 17 aviazərbə endiriblər. Daha 12 raket zərbəsi İraqda, Mosul, Əl-Fəlluca və Sincar şəhərləri yaxınlığında endirilib.

Qeyd olunur ki, hər iki ölkədə endirilən zərbələr zamanı silahlıların olduğu binalar və onların mövqeləri hədəfə alınıb.

Digər xəbərlər

Peruda güclü zəlzələ baş verib 20 avqust, 2026 / 23:13