İŞİD İraqın təhlükəsizlik əməkdaşlarını girov götürüb

Bakı. 24 iyun. REPORT.AZ/ İŞİD terror təşkilatının yaraqlıları İraq təhlükəsizlik qüvvələrinin 6 əməkdaşını girov götürüblər.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, terrorçular İraq hökumətinin bütün həbsdə olan qadın sünnü müsəlmanları azad edəcəyinə ümid bəsləyirlər.

Terrorçular əks təqdirdə girovları 3 gün ərzində öldürəcəkləri ilə təhdid edirlər.

Xəbər lenti

İstanbulda meşə yanır 28 iyul, 2025 / 23:45