İraqın baş naziri Mosul məscidinin partladılmasını İŞİD-in məğlubiyyəti adlandırıb

Bakı. 22 iyun. REPORT.AZ/ Mosulda Ən-Nuri cümə məscidinin partladılması İŞİD terror qruplaşmasının öz məğlubiyyətini etiraf etməsi deməkdir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi deyib.

Baş nazir qeyd edib ki, Əl-Hadba minarəsi və Ən-Nuri məscidinin partladılması İŞİD-in öz məğlubiyyətini formal olaraq etiraf etməsi anlamına gəlir.

Məscid XIII əsrdə inşa edilib və dəfələrlə yenidən qurulub. 2014-cü ildə Əbu Bəkr əl-Bağdadi "xilfət"in yarandığını məhz burada elan edib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43